Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2017
14:27
Hər 9 adama 2 avtomobil düşür - Nəqliyyat eksperti

Bu gün Azərbaycanda ümumi avtomobilləşmə səviyyəsi 15% təşkil edir. Təxminən hər 9 adama 2 avtomobil düşür. Bakıda isə bu göstərici 25%-dir. Bunu “Bakıda nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar” mövzusunda təşkil edilmiş tədbirdə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.

“Elə avtomobillər də var ki, onlar ümumi istifadəyə yararlı deyil. Biz Avropadakı səviyyəyə çatsaq, vəziyyət necə olar? Orada bu göstərici 60% təşkil edir. Bizim əsas problemimiz nəqliyyat çoxluğu deyil, nəqliyyatı idarə etməkdir. Əsas güc ictimai nəqliyyatın üzərinə düşməlidir. Sürücü, piyada, yol hərəkətini təşkil edənlər və s. şəxslərin bilik və davranışları lazımi səviyyəyə çatdırılmalıdır. Yol infrastrukturu, nişanlar, işıqforlar, yol üzərindəki xətlər, yolötürücüləri, körpülər və s. qaydasında olmalıdır. Nəqliyyat parkı, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Xüsusən də əlverişli nəzarət həyata keçirilməlidir”, - deyə ekspert əlavə edib.(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
547

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
433

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
451

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
707

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
517
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 06:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru