Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2017
11:17
Bakıda daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılır - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni nəqliyyat mübadilə mərkəzlərinin yaradılması istiqamətində tədbirlərini davam etdirir. Agentlikdən verilən məlumata görə, artıq metronun Dərnəgül stansiyası yaxınlığındakı ərazidə Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.

Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbilər görüləcək, əlavə dayanacaq pavilyonları qoyulacaq. Layihəyə əsasən, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzində avtobuslarla yanaşı, taksilər üçün də duracaq müəyyənləşdirilib.

İlkin mərhələdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinə əsasən Binəqədi, Biləcəri, Mehdiabad, Fatmayı, Məhəmmədi, Pirşağı, Digah və Novxanı kimi kənd və qəsəbələrdən gələn 17 marşrut xətti üzrə avtobusların daxil olması planlaşdırılır.

Hazırda bu marşrut xətlərinin əksəriyyəti üzrə avtobusların son dayanacaq məntəqəsi metronun “Azadlıq Prospekti” stansiyası müəyyən edilib. Bu isə gün ərzində, xüsusilə də pik saatlarda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olur. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildikdən sonra avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq.

Gələcəkdə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin imkanlarından aslı olaraq bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
567

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
453

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
476

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
727

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru