Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2017
16:17
Avstriyadan Azərbaycana göndərilən dərmanlar Ukraynada yoxa çıxıb

Azərbaycanın “Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb.
 
Şirkətin baş direktoru Surxay Mustafayev APA-ya bildirib ki, sürücüsü ilə birlikdə yoxa çıxan avtomobildə 170 000 avroluq yük olub.
 
Avstriyadan Bakıya yola salınan yükün olduğu avtomobil Ukrayna ərazisinə girdikdən sonra sürücü ilə əlaqənin itdiyini bildirən S. Mustafayevin sözlərinə görə, yükü çatdırmağa Ukrayna şirkəti məsul olub: "Yükün çatdırılmasını “Rodnev” şirkəti üzərinə götürüb. Rəsmi müqavilə bağlamışıq. Dərman və digər tibbi ləvazimatlardan ibarət yük Avstriyadan alınıb, Ukraynaya qədər problemsiz gəlib. Ukrayna ərazisində isə sürücü Taras Revayla əlaqə kəsilib. Maşın yoxa çıxdıqdan sonra “Rodnev” şirkəti də bizimlə əlaqəni müəmmalı şəkildə kəsib. Xeyli müddət əlaqə yarada bilmədik, sonradan öyrəndik ki, yük naməlum şəkildə oğurlanıb. Ukraynanın bir sıra rəsmi qurumlarına müraciət etsək də, cavab və nəticə yoxdur”.
 
S. Mustafayev onu da əlavə edib ki, yükün yoxa çıxmasında “Rodnev” şirkətinin əli olduğunu ehtimal edirlər.
 
Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
567

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
453

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
476

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
732

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru