Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2017
16:42
Mingəçevir xəstəxanaları Qarabağ əlillərinə zülm edirlər

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Mingəçevirdə xəstəxana rəhbərlərinin Qarabağ əlillərinə qanunsuz münasibəti ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

QAT-dan FaktXəbər-ə göndərilən müraciətdə yazılır:  Azərbaycan Respublikasının Mingəçevir şəhərində Qarabağ müharibəsi əlillərinin müalicəsi ilə bağlı tibb müəssisələrinin yaratdıqları problemlərə dair şikayətlərin əsasında Sizə müraciət edirik. Azərbaycan Respublikasının  “Əlillərin sosial müdafiəsi haqqında Qanunu” nun 41-ci maddəsinə görə, Qarabağ müharibəsi əlillərinə bütün tibb müəssisələrində növbədənkənar xidmət göstərilməsi nəzərdə tutulur.  Xeyli vaxtdır ki, Mingəçevir şəhərində qanunun bu maddəsi kobud şəkildə pozulur, tibb müəssisələrinin rəhbərləri, xüsusilə də Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Könül Ələkbərov həmin şəhərdə  “pilot layihəsi” nin həyata keçirildiyini bəhanə gətirərək, Qarabağ müharibəsi əlillərinin müraciətlərinə məhəl qoymur, təhqir edir, onlara növbədənkənar xidmət göstərmək istəmirlər.

Biz pilot layihələrin həyata keçirilməsinin əleyhinə deyilik. Lakin istənilən layihə insanların, birinci növbədə Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməli, onlar üçün əlavə problemlər yaratmamalıdır. Bəzi məmurlar başa düşmək istəmir ki, müharibədə yara almış hər bir əlilin həyatı hər an təhlükə altındadır, ona dərhal tibbi yardım göstərilməsə, həyatını itirə bilər. Siz dəfələrlə bu məsələləri çıxışlarınızda bidirmiş, məmurlara tapşırıqlarınızı vermisiniz. Hörmətli xanım Birinci vitse-prezident Mehriban Əliyeva da bir neçə gün əvvəl yaralı, əlil əsgər və zabitlərlə görüşündə bu məsələləri xüsusi olaraq vurğulamışdır.  Bu məsələni nəzarətinizə götürməyinizi, dərhal tədbirlərin görülməsi üçün göstərişlər verməyinizi xahiş edirik.      

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
210

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
226

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
422

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 12:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru