Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2017
10:08
Trampın kürəkəni və baş müşaviri Kuşner İraqa səfər edib

ABŞ prezidenti Donald Trampın baş müşaviri təyin olunmuş  kürəkəni Cared Kuşner  İraqa səfər edib. FaktXəbər-in məlumatına görə, bu barədə CNN xəbər yayıb.

Mənbə bildirib ki, Kuşneri  Amerika Silahlı Qvüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general  Cozef Danford dəvət edib. Onlar  İraqa bir yerdə gediblər.

Röyters isə bildirib ki, Kuşner  ölkədəki vəziyyəti şəxsən qiymətləndirmək, həmçinin İraq hökumətinə dəstəyini nümayiş eləmək istəyib.

KİV-in məlumatına görə , Kuşner  son aylar  Tramp Administrasiyasının  digər dövlət başçıları ilə qeyri-rəsmilər də daxil olmaqla münasibətlərinə cavabdehlik daşıyır.

Qeyd edək ki, Vaşinqton başda olmaqla Beynəlxalq Koalisiya Qüvvələri  hazırda İraqda İŞİD terror təşkilatının mövqelərinə  aviahücumlar həyata keçirir. 

Ötən ilin oktyabr ayının 17-də Mosouln azadlığı uğrunda əməliyyatlara başlanıldı. Yanvarın  sonunda  Mosulun  Şərq hissəsi hökumətin nəzarətinə keçdi. Fevralın ortalarında  İraqın baş naziri Heydər əl-Abadi  şəhərin qərb hissəsinin azadlığı uğrunda əməliyyatlar start verdi. Fevralın 24-də  hökumət qüvvələri  Mosulun qərbində hərbi bazanı və bir kəndi azad edərək, Mosulun qərbində yaşayış məhəllələrinə daxil oldular. Əməliyyatda İraq ordusu ilə yanaşı, şiə könüllüləri və kürdlərin «peşmərgə» qruplaşmaları iştirak edir.Onlara havadan İraq HHQ və ABŞ başda olmaqla koalisiya qüvvələri dəstək göstərir.

Məqalədə : Tramp Kuşner İraq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
350

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
361

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
275
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2021 07:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru