Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
13:08
Qara Qarayevlə Avropa klubları maraqlanmağa başlayıblar - RƏSMİ

Azərbaycan millisinin və "Qarabağ" komandasının futbolçusu Qara Qarayev Avropanın aparıcı çempionatlarından çıxış edən klublardan təklif alıb. FaktXəbər-in məlumatına görə, bu barədə "Report"a AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev məlumat verib.

Federasiya rəsmisinin sözlərinə görə, 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində və 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında sərgilədiyi oyunla əcnəbi skautların diqqətini cəlb edib. R.Rəfiyev bildirib ki, onun xarici kluba keçidi ilə bağlı duruma cari mövsüm başa çatdıqdan sonra aydınlıq gələcək: "Mövsüm başa çatmadığından və futbolçunun "Qarabağ"la müqaviləsi davam etdiyindən, hələlik ad çəkmək düzgün deyil. Lakin Avropanın bəzi ölkələrindən Qarayevlə maraqlananlar var. Bu, Almaniya da ola bilər, İspaniya da, Portuqaliya da. Hələlik nəsə demək tezdir. Onlar AFFA ilə əlaqə yaradaraq, yalnız Qarayevlə maraqlanıblar. Futbolçunun keçidinin baş tutacağı ilə bağlı qəti söz deyə bilmərəm".

Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçi də ötən gün Almaniya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra təşkil edilən mətbuat konfrasında Qara Qarayevin Avropanın güclü çempionatlarında oynamalarını istədiyini bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
284

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
160

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
360

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
270

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
305

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 22:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru