Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
12:30
Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun!

Xüsusi hərəkət zolaqları çəkilən ərazilərdən istifadə edən minik avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar.

FaktXəbər-in məlumatına görə, bu barədə “Qafqazinfo” ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, xüsusi hərəkət zolaqları çəkilən ərazilərdə nişanlar qoyulur: “Sürücülər yollarda olan digər nişanlar kimi o nişanın tələbinə uyğun olaraq da hərəkət etməlidirlər. Buna nəzarəti də Dövlət Yol Polisinin əməkdaşları həyata keçirirlər. Hər hansı nəqliyyat vasitəsi xüsusi hərəkət zolağına girə bilməz. Yalnız sərnişin avtobusları o zolağa girə bilər. Zərurət olacağı təqdirdə operativ nəqliyyat vasitələri də həmin zolaqdan istifadə edə bilər.

Qaydaları pozanlar isə 40 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda xüsusi hərəkət zolağının olduğu marşrut zolağı üzrə hərkət edən sərnişin avtobusları mütləq şəkildə həmin zolaqla hərəkət etməlidirlər. Və bu zolaqda hərəkət edərkən bir avtobus digər avtobusu keçə bilməz. Yəni zolaqdan çıxıb o biri avtobusu ötə bilməz. Əgər belə olarsa, bu hal verilmiş marşrut xəttindən çıxma sayılır və sürücü 40 manat cərimə olunur.

Bundan əlavə, hər hansı avtobus sürücüsü başqa xətt üzrə hərəkət edib təsadüfən həmin zolağa daxil olubsa, həmin xüsusi hərəkət zolağına girə bilməz. Xüsusi hərəkət zolağından yalnız həmin zolaqdan keçən sərnişin avtobusları hərəkət edə bilərlər”.

M. Ağayev qeyd edib ki, ilkin mərhələdə 9 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının çəkilməsi müəyyənləşdirilib: "Artıq Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində xüsusi hərəkət zolağı çəkilib və hazırda nişanlanma işləri aparılır. Digər küçə və prospektlərdə mərhələli şəkildə proseslər davam edəcək. Biz müvafiq dövlət qurumları ilə birgə hansı küçələrdə buna zərurət varsa, orada da işləri həyata keçirəcəyik.

Qeyd edim ki, bu zolaqlar üç və daha artıq hərəkət zolağı olan küçələrdə çəkilir. Çünki iki hərəkət zolağı olan küçədə onun çəkilməsi artıq sıxlıq yarada bilər. Nəqliyyat Agentliyi olaraq bu fikirdəyik ki, şəhərdə bu tip nəqliyyat zolaqlarının olması mütləqdir. Bu marşrut şəbəkəsindən istifadəni stimullaşdırır. İctimai nəqliyyatdan istifadə artarsa, bu şəhərin tıxac probleminin həllinə də kömək edə bilər. Avtobus tıxacda qalmadığı təqdirdə isə, əhali sərnişin avtobuslarından daha çox istifadə edəcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
477

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
368

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
381

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
652

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
482
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 01:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru