Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2017
20:50
Bakıda körpülərin altı və tunellərin üstü avtoparka çevrilib

Bakıda körpünün altı avtoparka çevrilib. Sıra ilə dayanmış avtomobillər mühafizə olunan avtoparkı xatırlatsa da, əslində qanunsuzdur.

Söhbət 3-cü mikrorayon dairəsinin üzərindəki yol ötürücüsünün altından gedir. Həmin ərazidə saxlanan avtomobillər həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır. Yol ötrücüsünün altında avtomobili park edənlər rayonlara sərnişin daşıyanlar, yaxud da yaxınlıqdakı iş yerlərinə gələnlərdir.

Məlum oldu ki, körpünün altında avtomobil saxlamaq üçün sürücülər gündəlik 1 manat ödəyirlər. Çox çəkmədi ki, pulu yığan həmin şəxs də gəlib çıxdı. Çəkilişi görən həmin yaşlı kişi əraziyə nəzarət etdiyini və pulu məcburi almadığını dedi.

Bənzər vəziyyət Salamzada küçəsindən Ziya Bünyadov prospektinə doğru olan böyük tunelin üstündə də yaşanır. Ərazidəki dar küçələrin sakinləri avtomobillərini tunelin üstündə saxlayıb evə gedirlər. Əslində isə bu da qadağandır.

"Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa, onu 20 manat cərimə gözləyir.

Bir müddət əvvəl ''Azəravtoyol'' ASC-nin əməkdaşları bəzi körpülərin altına, tunellərin isə üstünə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün beton maneələr yerləşdirmişdi. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov isə deyir ki, hərəkətlə bağlı məcburi nasazlıq yarandığı təqdirdə belə, sürücü avtomobili oradan çəkməyə məcburdur. Aşkarlandığı təqdirdə sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar. (xezerxeber)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
120

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
385

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 22:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru