Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2017
16:26
Valideyndən Mikayıl Cabbarova müraciət

Son zamanlar ibtidai sinif dərsliklərinin çətin olması ilə bağlı valideynlərin sosial şəbəkələrdə şikayətləri çoxalıb.

Onlardan biri də həkimin Təhsil nazirinə müraciətidir. Qadının müraciəti qısa zamanda sosial şəbəkələrdə, xüsusilə də vatsapda geniş yayılıb. Müraciəti ünvanlayan qadın tibb elimləri namizədi olsa da, dərslikləri oxuyub övladlarına başa sala bilmədiyini yazıb. Bildirib ki, çətin təhsil sistemi uşaqları stress altına salır. Nazir Mikayıl Cabbarova edilən müraciətdə valideyn yazır:

“Övladlarım orta məktəbdə təhsil alır. Mən bir tibb elmləri namizədi kimi bütün fənlərin dərsliklərini oxuyub övladıma başa salmağa çalışıram. O qədər məntiqsiz, ardıcıllığı olmadan yazılıb ki, mən 1993-cü ildə Tibb Universitetinə daxil olarkən belə anlaşılmaz cümlələr nə oxudum, nə də öyrəndim. Bir ziyali kimi sizdən soruşmaq istərdim: Siz yazılan bu ədəbiyyatları heç oxuyursuzmu? Oxuduğunuzu anlaya bilirsizmi?

Hazırda orta məktəblərdə müəllimlər belə uşaqlara dərs keçməyə əziyyət çəkir. Mən Sovet dönəmində keçdiyim dərsliklərdəki mövzuları xatırlayıram, hətta keçdiklərimi əzbər də söyləyə bilərəm. Ancaq indi şagirdlər keçən il keçdiyini bu il soruşanda bilmir. 9-cu sinif kitablarını açın. Tam qarışıq, bir-biri ilə əlaqəsi, keçidi olmayan mövzulardır. Kitabları, mövzuları,  şəhadətnamə imtahanlarını dəyişdiniz. Şagirdlər bu sistemin dəyişməsi ilə əlaqədar stress yaşayırlar, sağlamlıqları gedir”.

Mövzunun aktual olduğunu nəzərə alaraq “Qafqazinfo” Təhsil Nazirliyinə rəsmi sorğu göndərib. Lakin Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov sorğuya cavab vermək əvəzinə saytın əməkdaşına tövsiyə verib:

“Bəlkə bu dəfə sorğuya cavab verməyək? Növbəti sorğunuza cavab verərək əməkdaşlıq edərik”.

Nazirlik rəsmisi sorğuya nə üçün cavab vermədiyini açıqlamayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
200

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
226

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
207

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 00:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru