Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2017
12:12
Mikayıl Cabbarov tapşırıq verdi

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” 2016-cı il 9 dekabr tarixli 497 nömrəli qərarının icrası barədə əmr verib.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, əmrdə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 dekabr 2016-cı il tarixli 497 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilməsi tapşırılıb.

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müdirlərinə, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələri direktorlarına tapşırılıb ki, qaydaya dəyişiklik barədə pedaqoji kollektivlərə müvafiq izahatlar verilsin. Əmrə görə, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsilin inkişafı proqramları şöbəsi, Daxili nəzarət şöbəsi yerlərdə ümumi icbari təhsilin yerinə yetirilməsinə nəzarəti gücləndirib, bununla bağlı rəhbərliyə təkliflərini bildirsinlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
225

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
241

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
217

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 04:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru