Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2017
11:19
Mikayıl Cabbarov 20 Yanvar ilə bağlı əmr imzalayıb

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, yanvarın 18-dək ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrində keçiriləcək, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələrin yaradılması, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Yanvarın 19-20-də Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarəti təşkil olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

17

İyun
14:29
SİYASƏT
225

Sabahın hava proqnozu

17

İyun
13:24
ÖLKƏ
241

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
217

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 03:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru