Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2016
10:32
Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkatma mərasimi keçiriləcək

Bu gün İsveçrənin Nyon şəhərində Avropanın nüfuzlu klub turniri olan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Püşk turnirin "play-off" mərhələsinin 16 iştirakçısını bir-birinə rəqib edəcək.

1/8 final iştirakçıları qrup mərhələsinin nəticələrinə görə, iki səbətə bölünüblər. Səkkiz qrupun qalibi ("səpələnmiş komandalar") ikinci yeri tutan komandalarla qarşılaşacaq. Lakin eyni qrupda yer alan və ya eyni ölkəni təmsil edən komandalar bir-biri ilə düşə bilməyəcək.

Səkkiz "səpələnmiş" komanda siyahısına İngiltərənin "Arsenal" və "Lester", İtaliyanın "Napoli" və "Yuventus", İspaniyanın "Barselona" və "Atletiko", Fransanı təmsil edən "Monako", Almaniyanın "Borussiya Dortmund" klubu daxildir. Onlar PSJ (Fransa), "Benfika" və "Portu" (Hər ikisi Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Bavariya" və "Bayer" (Hər ikisi Almaniya), həmçinin "Real" və "Sevilya" (Hər ikisi İspaniya) ilə qarşılaşa bilərlər.

UEFA-nın mənzil qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq. Ardınca 16:00-da Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

1/8 final mərhələsinin ilk oyunları 2017-ci ilin 14-15 və 21-22 fevral tarixlərində öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları 7-8 və 14-15 mart tarixlərində baş tutacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
506

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
450

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
500
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 00:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru