Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2016
14:01
Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı

Pensiya yaşına çatmış və ya pensiyaya çıxmış müəllimlərin böyük təcrübəsi Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bu sözləri bu gün jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu müəllimlərin potensialının istifadəsi müvafiq qanunvericiliklə nizamlanır:

“Bütün müəllimlərin bilik və təcrübələri Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır. Biz bir tərəfdən çalışırıq ki, gənc müəllimlər təhsil sisteminə daxil edilsin və bu yolla təhsil sistemi daha da müasirləşdirilsin. Digər tərəfdən isə, təcrübəli kadrların biliklərinin istifadə olunması da bizim üçün prioritet təşkil edir.”

Xatırladaq ki, pensiya yaşına çatmış müəllimlərin hansı şəraitdə qalıb işinə davam edə bilməsi ilə bağlı FaktXeber.com Təhsil Nazirliyinə sorğu göndərmişdi. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini-sektor müdiri Eşqi Bağırovun bunula bağlı cavabını olduğu kimi Sizlərə çatdırırıq: 

"Bildiririk ki, çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
56

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
140

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
475

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
382
Şərhlər
Cəlalət Əliyeva tərəfindən 02-03-2017 18:16:34 tarixində yazıldı
65 yaşlı müəllim
Pensiya yaşına çatan müəllimlər işinə davam edə bilərmi?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 13:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru