Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2016
12:45
Gömrük rüsumlarının artırılmasının səbəbi açıqlandı

Azərbaycanda idxal zamanı ərzaq məhsulları üçün gömrük rüsumlarının artırılması daxili bazarın qorunması məqsədilə həyata keçirilir. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

"Ərzaq məhsullarının idxalı zamanı gömrük rüsmlarının artımı daxili bazarın qorunması məqsədilə həyata keçirilir. Rüsum tətbiq edilən malların çeşidi ilə tanış olsaq, görərik ki, bu, əsasən meyvə-tərəvəz, şirələr, həmçinin alkoqolsuz içkilər və tikinti materiallarıdır. Rüsumların tətbiqi qiymət artımına gətirib çıxarmayacaq, əksinə, daxili bazarda istehsalı qoruyacaq və inkişaf etdirəcək", - deyə A.Əliyev bildirib.

Bu təklifin Dövlət Gömrük Komitəsi də daxil olmaqla bir neçə təşkilat tərəfindən irəli sürüldüyünü deyən A.Əliyev qeyd edib ki, Azərbaycanda idxal əməliyyatları zamanı quş əti və quş əti məhsulları, həmçinin yumurta və s. rəqəm olaraq böyük yer tutmur: "Amma daxili bazarın qorunması ilə bağlı bu qərar bizə lazım idi. Ötən il Rusiya ilə birgə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz"in tətbiqinə dair sənəd imzaladıq. Dövlət başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyi proqramı yerinə yetirilməlidir. Eyni zamanda, Azərbaycanda kənd təsərrüfatı məhsulları ixrac yönümlü məhsullardır, nəinki Rusiya, eləcə də MDB məkanında yaxşı tanınır. Bu sahənin inkişafı üçün şərait yaradılmalıdır".(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
145

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
196

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
412

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
454

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
646
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 11:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru