Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2016
16:54
Gömrük rüsumu tutulan mallar artırılacaq

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında idxal olunan mallar, eləcə də özünütəminat səviyyəsinin yüksək olduğu sənaye məhsulları üzrə təhlillərin aparılması barədə tapşırıqlar verilib, daxili bazarın qorunması məqsədilə gələcəkdə bu sənaye məhsullarına spesifik rüsumların tətbiqi barədə müzakirələr aparılıb.

Daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının artırılması yerli istehsalın qorunmasına, istehsalın genişlənməsinə və ixrac imkanlarının artırılmasına əlavə stumul yaradır. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən və oktyabrın 13-dən qüvvəyə minən “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun icrası istiqamətində tədbirlər görülür.

İclasda idxal mallarının yerli istehsalının təşkili üçün tədbirlərin görülməsi, sahibkarlığın təşviq olunması ilə bağlı konkret tapşırıqlar verilib. İstehsalda idxal komponentlərindən istifadənin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yaxın günlərdə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında görüşün təşkili barədə Nazirliyin müvafiq strukturlarına göstəriş verilib. (Fins.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
521

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
460

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
515
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 02:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru