Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2016
16:00
Kolumbiyada xalq sülh razılaşmasına niyə `yox` dedi?

FaktXeber.com-un verdiyi məlumata görə, Kolumbiyada 1964-cü ildən bəri hökumətə qarşı savaş açmış FARK üsyançıları silahlarını yerə qoymuşdular. BMT baş katibinin də qatıldığı sülh sazişini prezident Xuan Manuel Santos və Timuşenku ləqəbi ilə tanınan FARK üsyançılarının rəhbəri Rodriqo Londono imzalamışdı. Anlaşmaya əsasən bundan sonra FARK ölkədə siyasi partiya kimi fəaliyyət göstərəcək. Bu münasibətlə Avropa Birliyi FARK-ı terror qruplaşmaları siyahısından çıxarıb.

Kolumbiya prezidenti Xuan Manuel Santos, FARC ilə imzalanmış sülh müqaviləsinin referendumda rədd edilməsindən sonra müxalifət ilə müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmilərindən ibarət bir heyət hzırladı. Referendum nəticəsində kolumbiyalıların bir hissəsinin müqavilə çərçivəsində FARK üzvlərinin əfv edilməsinə sərt qarşılıq verdi.

Bazar günü keçirilən referendumda təxminən 54 min səs fərqlə, 50.24 faizlik səsvermə ilə müqavilə rədd edilmişdi.

Referendumda "yox" kampaniyasına rəhbərlik edən keçmiş prezidenti və senator Alvaro Uribe hakimiyyət rəsmiləri ilə toplantıda iştirak etməyib. Ancaq hökumətlə danışıqlar aparması üçün üç müzakirəçi göndərib.


Qeyd edək ki, müqaviləyə görə, FARK üzvlərinə geniş miqyaslı əfv düşür. Sadəcə, qırğın, işgəncə və təcavüz kimi cinayətləri törədənlər bundan yararlana bilməyəcək. Müqavilənin qüvvəyə minməsi üçün referendumda xalqın razılığı lazım idi.

Referendumdan sonra həm hökumət, həm də FARK, sülh müqaviləsinə sadiq qalcaqlarını açıqlayıb.

Prezident Santos, "Vəzifə müddətimin sonuna kimi sülh yolunu tutacağam. Yolumdan dönməyəcəm". -deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
306

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
243

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
236

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
516

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
382
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 15:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru