Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2016
10:02
Azərbaycanda xarici mallar bahalaşacaq - gömrük rüsumları artdı - SİYAHI

Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən

1 kq ev toyuğu əti üçün 1 dollar,

1000 ədəd toyuq yumurtası üçün 100 dollar,

1 kq soğan üçün 0,2 dollar,

1kq xiyar üçün 0,2 dollar,

1 kq qoz-fındıq üçün 1,5 dollar,

1 kq üzüm üçün 0,4 dollar,

1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək),

armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar,

1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.

Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi. (Fins.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
210

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
226

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
427

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
464

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 12:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru