Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2016
12:36
Maaş və pensiyaların artırılması gündəmə gəldi
Qiymətlər sürətlə bahalaşır, əhali ən zəruri ərzaq məhsullarını almaqda çətinlik çəkir

Azərbaycanda dolların manat qarşısında hər gün bahalaşması ərzaq mallarına təsir edib. Paytaxt mağazalarında aparılan müşahidələr göstərir ki, satışda olan əksər məhsulların qiyməti son 1 ay ərzində kəskin artıb. Satıcılar bildirir ki, firmalar qiymətləri qaldırıb, təklif etdikləri məhsulların çeşidlərini isə azaldıb. Bunun səbəbini isədolların manat qarşısında bahalaşması ilə izah edirlər.

Mağazalara mal tədarük edən şirkətlər qiymətlərin dəyişəcəyi ilə bağlı artıq xəbərdarlıq edib. Xüsusilə, parfumeria və gigiyenik vasitələrin qiymətində yaxın günlərdə artım qeydə alınacaq. Ölkədə devalvasiyanın hələ bir müddətdə ərzaq məhsullarının qiymətinə təsir edəcəyi gözlənilir.

 

Bəs bahalaşan qiymətlər fonunda ölkə əhalisi hansı məhsulları ala bilir, hansıları ala bilmir? 

Bizimyol.info-nun “Facebook” səhifəsində sorğu keçirib hansı məhsulları almaqda çətinlik çəkdiklərini müəyyən etməyə çalışdıq.  

Sorğumuzda 100-ə yaxın insan iştirak edib. Nəticələrə əsasən, izləyicilərimizdən 13 nəfəri “nə ala bilirik ki?” deyə sual ediblər.

Rəylərinin arasında “nələr ala bildiyimizi soruşanız daha asan olar” fikri daha çox yer alıb.

Sorğuda iştirak edən 3 nəfər isə “iphone 7” deyə cavab verib. 3 valideyn övladları ilə bağlı narahatlıqlarını dilə gətirib. “Uşaqlarınızı marketə aparmayın, onlara “yox” demək mümkün olmur”– deyə valideynlərdən biri bildirib. Sorğuda iştirak edənlərdən biri siqareti, digəri əti, 2 nəfəri isə yumurta və kərə yağını qiyməti bahalaşdığından ala bilmədiyini qeyd edib. Izləyicilərimizdən 3 nəfəri mağazalarda alverin yaxşı getdiyini, insanların problem yaşamadığını qeyd edib. 4 nəfər isə aldıqları maaşa uyğun əvvəllər daha çox bazarlıq edə bildiklərini, indi isə bu qiymətə ancaq qramla nələrisə almağın mümkün olduğunu yazıblar.

Sorğunun nəticələrindən görünür ki, bahalıq vətəndaşların sosial vəziyyətini pisləşdirib, gəlirləi bahalığın mqabilində kəskin azalıb. Bu durumda hökumətin üzərinə hansı öhdəliklər düşür, hansı addımlar atılmalıdır.  

Qalib Toğrul: “İlk növbədə dövlət ən həssas təbəqənin qeydinə qalmalıdır. Onların aldığı məbləğ yüksəldilməlidir”

İqtisadçı Qalib Toğrul Bizimyol.info-ya şərhində bildirdi ki, indiki vəziyyətdə sosial gərginlik riskini aradan qaldırmaq üçün müəyyən addımların atılması zəruridir: “Qiymətlərin qalxması ilə müşahidə olunan alıcılıq qabiliyyətinin aşağı düşməsi və əməyin işçi qüvvəsinin dəyərsizləşməsi fonunda bu münasibətləri tənzimləmək dövlətin üzərinə düşür. Ancaq indi konkret bununla bağlı dövlətin hansı addımlar atmağı planlaşdırdığını bilmirəm. Təbii ki, bunun bir yolu büdcə təşkilatlarında işləyənlərin əmək haqlarının yüksəlməsi, pensiyaların artırılmasıdır. İlk növbədə digər yerlərdən gəlirləri olmayan, əhalinin ən həssas təbəqəsi hesab olunan yaşlı insanların və sosial müavinət alanların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı addımların atılması təqdirə layiq olardı. Bu da dövlətin maliyyə imkanlarından asılıdır. Bunun üçün xüsusi hesablamlar aparılmalıdır ki, nə qədər vəsait lazımdır və hal-hazırda dövlətimiz bunu etmək iqtidarındadır ya yox”. 

Q.Toğrul deyir ki, digər əsas məsələ sahibkarlıqla bağlıdır. Azərbaycanda son bir ayda sahibkarlıqla bağlı çox mühim sənədlər qəbul olunub: “Həm vergi, həm  gömrük rejiminin yaxşılaşdırılması, həm sahibkarlığa inzibati müdaxilənin aradan qaldırılması, həm də yoxlayıcı orqan tərəfdən onların əsassız olaraq sıxışdırılmaması ilə bağlı çox mühim sənədlər qəbul olunub. Ancaq çox təəssüf ki, onların icrası ilə bağlı ləngimələr var. Icra mexanizmlərinin yaradılması işi də ləng gedir. Biz hal-hazırki vəziyyətdə çox uduzuruq. Çünki Azərbaycanda sahibkarlıq mühiti münbitləşməsə, iş yerlərinin sürətlə bağlanması, sahibkarların müfsiləşməsi prosesi davam edəcək. Bu da son nəticədə müəyyən sosial gərginliyin ortaya çıxmasına səbəb olacaq. Məncə, ilk növbədə dövlət ən həssas təbəqənin qeydinə qalmalıdır. Onların aldığı məbləğ yüksəldilməlidir. Digər bir məsələ isə sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı təcili addımların atılması olmalıdır”.

Qadir İbrahimli: “Hökümət dövlət xərclərini kəskin ixtisar etməklə nəyəsə nail ola bilər”

“Güzəran” araşdırmalar mərkəzinin rəhbəri Qadir İbrahimli isə bildirdi ki, dövlət hazırki iqtisadi situasiyada qərar qəbul etməyə hazır deyil: “Hazırda Azərbaycanda iqtisadiyyatın sürətlə tənəzzülə uğraması prosesi başlayıb. Bu birinci özünü maliyyə bazarında göstərir. Eyni zamanda real sektorda – bir çox müəssisələr öz fəaliyyətini dayandırır, fəaliyyətini dayandırmayanlar isə ixtisarlara gedir. Bu da ölkədə yeni ağır mühitin yaranmasına gətirib çıxarır. Təəssüflər olsun ki, hökümət indiki situasiyaya adekvat addımlar atmağa hazır deyil. Hazırda ölkədə siyasi islahatlar gedir. Yəni Konsitutsiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Hökümət hazırda diqqəti bu prosesə yönəldib. Çox güman ki, hələ bir müddət məsələ akual olaraq qalacaq. Təəssüf ki, bu açıq qalan məsələ də insanların ziyanına işləyir. Yəni, qiymətlər bahalaşır, dollar qalxır, iş yerləri qapadılır. İkinci tərəfdən hazırda hökümətin resursları da yoxdur ki, əmək haqlarını artırsın. Büdcənin maliyyə imkanları son dərəcə məhdudlaşıb”. 

Ekspertə görə, yalnız hökümət dövlət xərclərini kəskin ixtisar etməklə nəyəsə nail ola bilər. “Hələ ki, dövlət xərcləri azaldılmayıb.  Ona görə də yaxın vaxtlarda hökümətdən hansısa bir məsələ ilə bağlı adekvat qərar gözlənilmir” – deyə Q.İbrahimli bildirib.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
243

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
361

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
338

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
347

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
462

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
532

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
689
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 20:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru