Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2016
16:40
İsrail ordusu dinc fələstinlilərə qumbara atdılar - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, sosial şəbəkələrdə SAXAL əsgərlərinin Fələstin ərazisində özbaşınalıqlarını göstərən daha bir video yayılıb. Küçəyə quraşdırılmış müşahidə kamerasının videosundan görünür ki, SAXAL hərbçilərinə məxsus CİP markalı maşın bir qrupp fələstinli gəncin yaxınlığında dayanır. Gənclər bu vaxt Ramallada  hansısa evin qarşısında oturub sakitcə söhbət edirdilər. Hərbçilər və gənclər arasında heç bir münaqişə yaşanmır: CİP-dən heç kəs düşmür və hətta boylanmır da. Lakin avtomobil aralandıqdan bir neçə saniyə sonra onun dayandığı yerdə qumbaranın olduğu görünür.

Kadrlara baxanda aydın olur ki, qumbaranı görən gənclər  dərhal ətrafa qaçır, bundan sonra partlayış baş verir.

SAXAL-ın  Mətuat Xidmətindən bildirilib ki, hadisə araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl də MAQAV (sərhəd) polislərinin Xevron şəhərində 8 yaşlı qızcığazın əlindən velosipedini almalarını əks etdirən görüntülər yayılmışdı. Lakin MAXAŞ (Ədliyyə Nazirliyinin nəzdində polislər tərəfindən törədilən cinayətləri araşdıran bölmə) həmin hadisənin iki fiqurantı ilə bağlı işi bağlamışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
554
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru