Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2016
14:22
İsrail fələstinli yeniyetmələrin cəzalandırma yaşını aşağı saldı

FaktXəbər-in Tass-a istinadən məlumatına görə, Knesset ağır cinayətdə ittiham olunan 14 yaşlı uşaqları həbs cəzasını nəzərdə tutan qanun qəbul edib. Sənəddə bildirilir ki, cinayətləri sübut olunacağı təqdirdə (bilməyərəkdən olsa belə), hətta yaşları 14-dən az olsa da həbs olunacaqlar. Lakin yaşları tamam olana kimi qapalı internatlarda saxlanılacaqlar.

Qanun layihəsini rejimin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi «Likud» partiyasının deputatı  Anat Berko irəli sürüb.

Xatırladaq ki, bir neçə ay öncə Beynəlxalq Uşaqları Qoruma Təşkilatının (Defence For Children) İsrail həbsxanalarındakı fələstinli uşaqlarla bağlı hesabat yayımlamışdı. Sənədə əsasən İsrailin hərbi həbsxanalarında hal-hazırda 440 fələstinli uşaq fiziki zorakılıqlara məruz qalır. Bu İsrail həbsxanalarında 2008-ci ildən bəri qeydə alınan ən yüksən göstəricidir.

 "Uşaqla Belə Davranmaq Olmaz" (No Way to Treat A Child) başlığı ilə dərc olunan hesabatda, İsrail əsgərləri tərəfindən təşkil edilmiş gecə basqını nəticəsində evlərində yatan 100-dən çox fələstinli uşağın başlarına silah tutulub əlləri bağlanaraq saxlandığı qeyd edilib.

Hesabata görə, İsrailin mühakimə etdiyi fələstinli uşaqların 75 faizi söz və ya fiziki təcavüzə məruz qalır. Hər il 500 ilə 700 arası uşaq İsrail hərbi məhkəmələrində mühakimə olunur. Fələstinli uşaqların İsrail polisi tərəfindən sorğu-sual olunma proseslərinin  97 faizində valideynləri və ya vəkilləri yanlarında olmur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
243

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
361

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
338

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
347

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
463

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
532

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
694
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 20:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru