Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2016
15:58
​Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı açıqlanıb

"Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 324 qərar, o cümlədən fərdi şikayətlər əsasında 113 qərar qəbul edib".

Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, həmin qərarlar konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquqlarının və azadlıqlarının qorunmasına xidmət edir: "Konstitusiya Məhkəməsinin qərarlarında ərizəçilərin pozulan hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bərabərlik hüququ, mülkiyyət hüququ, əmək, mənzil, istirahət və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb".

F.Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilən qərarlar sırasında konstitusiya və qanunların şərhinə dair çıxarılan qərarlar xüsusi hüquqi çəkiyə malikdir: "Konstitusiya Məhkəməsi bu günədək konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair 143 qərar qəbul edib".

Qeyd edək ki, iyulun 18-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 18 il ötür. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
770

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
967

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
759
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 10:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru