Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2016
15:06
Pensiyalar nə vaxt veriləcək? - RƏSMİ

Bakı şəhərində iyul ayının pensiyaları gecikir.

Uzun müddətdir pensiyaların maliyyələşməsi vaxtından əvvəl başa çatır və hər ayın 13-dək Bakı şəhərində pensiyalar verilir, 20-dək isə regionlarda proses tam başa çatır. Lakin iyulda paytaxtda pensiyalar verilməyib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bu həftənin sonuna paytaxtda pensiyaların maliyyələşməsinin tam başa çatacağını deyib: "Pensiyaçılar Ramazan bayramından əvvəl pensiyalarını almaq istəyirdilər. Bildiyiniz kimi, hər il Ramazan bayramının günləri dəyişir. Bu il iyul ayının 6-7-nə təsadüf etdi, bayrama qədər vermək çox tez idi. Bayram günlərinə qədər prosesin başa çatması mümkün deyildi, sənədləşmə işləri başa çatmadı. Paytaxtda pensiyalar bu həftənin sonuna qədər tam veriləcək, ayın 20-25-dək bütün respublikada başa çatacaq. Bu yenə də pensiyaların vaxtında əvvəl maliyyələşməsi deməkdir".

 

Qeyd edək ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub. (publika.az)

Məqalədə : ƏƏSMN pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
171

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
254

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
554
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru