Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2016
12:19
Konstitusiya Məhkəməsi MM-ə təkrar seçkilərin nəticələrini təsdiq edib

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinə dair iclas keçirib.

Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunan nəticələri təsdiq edib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər iyunun 18-də keçirilib.

Seçkilərdə 7 namizəd - Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlov iştirak edib.

Ümumilikdə, seçki dairəsi üzrə 40 203 seçicidən 23 292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.

Təkrar seçkidə Yeni Azərbaycan Partiyasından namizəd C.Osmanov seçicilərin 85 faizdən çoxunun səsini qazanaraq lider namizəd olub. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
785

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru