Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2016
12:03
MSK Ağdaşdakı seçkinin protokolunu Konstitusiya Məhkəməsinə göndərdi

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokolunu Konstitusiya Məhkəməsinə təqdim edib.

Bu barədə MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Xatırladaq ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib.

İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1802 (7, 84%) səslə ikinci olub.

Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib.

Qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub.

O zaman 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olmuşdu.(modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
785

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
997
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru