Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2016
12:52
Konstitusiya Məhkəməsi kredit borcuna görə həbsi QADAĞAN EDİB

"Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Amma məhkəmələr bununla hesablaşmır".

Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov şəxsi "Facebook" səhifəsində yazıb. Onun yazdığına görə, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2 oktyabr 2012-ci il tarixli Qərarında sırf borcun ödənilməsi məsələsi üzrə məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır:

Bank eksperti Əkrəm Həsənov

Əkrəm Həsənov

1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;

5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

"Göründüyü kimi "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz", — Ə. Həsənov qeyd edib.

Ekspertin sözlərinə görə, təbii, analoji yanaşma İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati həbslərə də aiddir: "Çünki orada da söhbət məhkəmə aktının üzrsüz icra edilməməsindən gedir. Borclunun imkanı yoxdursa, deməli üzrlüdür və heç bir məsuliyyətə cəlb oluna bilməz".

"Buna görə də sizi həbslə qorxudan hər kəsə Konstitusiya Məhkəməsinin qərarını xatırladın və qorxmayın! Allahın köməyi ilə banklara, kollektorlara, icra məmurlarına və hakimlərə hüququn nə olduğunu əvvəl-axır başa salacağıq!", — deyə o bildirib.

Xatırladaq ki, 33 yaşlı vətəndaş Vəliyev Sədrəddin Şahsuvar oğlu Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin qərarı ilə, "Unibank"a 983,36 manat, "Bank of Baku" ya isə 4316 dollar məbləğində krediti ödəyə bilmədiyinə görə, cari il iyunun 3-də 20 günlük həbs olunub. Onun himayəsində 4 azyaşlı uşağı və işsiz həyat yoldaşı var. (Sputnik)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
630

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
822

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
634
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 00:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru