Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2016
18:25
Ədliyyə naziri Fikrət Məmmədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanı qəbul edib

Mayın 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə FaktXəbər-ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında dövlət başçılarının müntəzəm, o cümlədən son zamanlar qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, Türkiyədə yeni hökumətin formalaşması münasibətilə təbrik edib. Həmçinin, zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin daha da genişləndiyini, ədliyyə və məhkəmə orqanları arasında səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb.

Türkiyə və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən qonaq ölkəmizdə növbəti dəfə səfərdə olmağından məmnunluğunu bildirərək, respublikamızın hərtərəfli tərəqqisinin və əldə olunan yüksək nailiyyətlərin şahidi olduğunu vurğulayıb. 

Görüş zamanı hüquqi əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd olunaraq faydalı təcrübə və fikir mübadiləsi aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
351

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
491
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 06:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru