Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2016
11:17
Maduro: `Braziliya prezidentinin vəzifədən uzaqlaşdırılmasında ABŞ-ın əli var`

Braziliya prezidenti Dilma Russeffin  müvəqqəti olaraq öz vəzifəsindən kənarlaşdırılmasında məsuliyyət ABŞ-ın üzərindədir. FaktXəbər-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə dünən axşam Venesuela lideri  Nikolas Madurov Milli Televiziya ilə çıxışında bəyan edib.

«Şübhəm yoxdur ki, bu dövlət çevrilişinə «ABŞ-da hazırlanıb» qaiməsi yazılıb», deyə Maduro bəyan edib: «Bu, prezident Barak Obamanın  Latın Amerikasında demokratik axını bitrmək üçün qoyduğu irsdən biridir».

Dövlət başçısının sözlərinə görə, dövlət çevrilişinin bitən birinci mərhələsi Braziliyanı bölmək üçün hədəflənib: «Şimaldan ipi dartanlar aydın başa düşürlər ki, cənubi amerika derjavası – bizim böyük bacımız Braziliyanın  region və sülh üçün böyük mənası var».

Xatırladaq ki, dünən Braziliya Federal Senatında 55 lehinə, 22 əleyhinə səslə Russefin impiçmenti qəbul olunub. Braziliya prezidenti 180 gün ərzində vəzifəsini tərk etməlidir, onun vəzifəsini isə  vitse-prezident  Mişel Temer həyata keçirəcək. Səsvermə üçün debatlar 20 saatdan artıq davam edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
130

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru