Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2016
16:08
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlandı

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cari ilin 1 aprel tarixinə olan məlumatına əsasən, ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 303 252 nəfər təşkil edir. Onlardan 536 659 nəfəri kişi, qalanları qadındır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, əmək pensiyası ilə təmin olunanların 781 576 nəfəri yaşa görə, 375 884 nəfəri əlilliyə görə, 145 792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin 16 yanvar 2016-cı il tarixli "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib.

Beləliklə, məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

Məqalədə : ƏƏSMN pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
80

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
216

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
430

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
371

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
339

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
342

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 11:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru