Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2016
12:30
Bəzi pensiyaçılar kredit ala BİLƏCƏKLƏR

Azərbaycan bankları pensiyaçılara kreditlərin verilməsin dayandırsa da, bəzi pensiyaçılar kredit ala biləcəklər. FaktXeber-in məlumatına görə, bu barədə fins.az-a bank dairələrindən bildirilib. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara, pensiyaçılara kreditlərin verilməməsi tövsiyə olunub. Bu addımın səbəbi olaraq kreditlərin pensiyaçıların sosial vəziyyətinə təsiri göstərilir. 

İndi isə kreditlərin dayandırılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bank dairələrindən fins.az-a verilən məlumata görə, son bir il ərzində ölkədə müəyyən sayda iş yerləri bağlandığına və ixtisar ehtimalları olduğundan banklar son 1 ildə daha etibarlı müştəri kateqoriyası kimi təqaüdçülərə üstünlük vermişdilər. Bunun səbəbi pensiyaçıların gəlirlərinin abit olması idi. Nəticədə pensiyaçıların kreditlərlə yüklənməsi artıb.

Amma tövsiyyəyə əsasən, bu qayda heç də bütün pensiyaçılara aid olmayacaq: «Əgər şəxsin gəliri yalnız təqaüddən ibarətdirsə ona kredit ayrıla bilməz. Təqaüdçünün pensiyadan başqa, rəsmi iş yeri olduqda isə oradan aldığı arayış əsasında ona kredit ayrıla bilər və bu zaman təqaüd gəlirləri də nəzərə alınır».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru