Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2016
11:00
Novruz bayramı günlərində ictimai nəqliyyatın iş qrafiki açıqlanıb

Martın 19-da Novruz bayramı münasibətilə dənizkənarı milli parkda keçiriləcək atəşfəşanlıqla əlaqədar Bakıda ictimai nəqliyyatın hərəkətində hər hansı bir dəyişiklik gözlənilmir.

Nazirlər Kabineti yanında Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rauf Mirqulamov bildirib ki, sərnişinlərə xidmət göstərən ictimai nəqliyyat vasitələri gündəlik olaraq qrafik üzrə 16-18 saat çalışırlar: "Gündəlik olaraq saat 21.00, 22.00 və 23.00-dək işləyən az sayda marşrutlar da var, lakin ümumilikdə iş rejimləri eynidir. Avtobuslar hər zaman qrafik üzrə xəttdə saat 06.00-dan axşam 12.00-dək hərəkət edirlər. Bu, bayram günlərində də davam edəcək".

R. Mirqulamov qeyd edib ki, Novruz bayramı ilə əlaqədar şəhərin müxtəlif yerlərində yollar bağlı olarsa və bu, marşurt xətlərinin işinə təsir edərsə, bu barədə NİİM-in "facebook" səhifəsində də məlumat yerləşdiriləcək.

Bakı Metropoliteni də Novruz bayramında saat 24.00-dək işləyəcək. Həmçinin bayram günlərində qatarların sayı da azaldıla bilər. Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin günlərdə metroda saatda 30 qatar xəttə buraxılırsa, bayram günlərində qatarların sayı 24-ə endirilə bilər: "Çünki bayram tətili ilə əlaqədar qeyri-iş günlərində sərnişinlərin sayı az olur. Bundan başqa, qatarlar arasında interval da uzadıla bilər". 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

06

May
13:04
ÖLKƏ
115

Təhsil naziri 4 direktoru işdən çıxardı

06

May
12:01
ELM / TƏHSİL
165

Brifinq başladı - Canlı yayım

06

May
11:59
ÖLKƏ
260

Qədr gecəsində nə etməli?

05

May
15:59
MƏNƏVİYYAT
418

Baş Prokurorluq və DTX birgə məlumat yaydı

05

May
15:18
HÜQUQ,HADİSƏ
339
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-05-2021 13:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru