Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Fevral

2016
11:09
Ərdoğan Konstitusiya Məhkəməsini saymadığını açıqladı - VİDEO

FaktXəbər-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi Afrika səfəri öncəsi verdiyi açıqlamada Türkiyənin Ana Yasa Məhkəməsinin Can Dündar və Erdem Gül üçün verdiyi qərarı tanımadğını və hörmət etmədiyini söyləyib. 

Onun bu sözləri ölkə gündəmini yenidən silkələyib. Çünki Ərdoğanın 2009-cu ildə verdiyi açıqlama, dünənki açıqlaması ilə tamamilə ziddiyyət təşkil edir. O, 2009-ci ildə AŞPA qrup toplantısında Baş Nazir vəzifəsini yerinə yetirərkən çıxışında belə demişdi: "Hüquq sisteminə biz inanmasaq, biz bel bağlamasaq, başqalarının inanmasına, etibar etməsinə ümid edə bilmərik."

Qeyd edək ki, Ərdoğanın bu açıqlamasını Türkiyə Böyük Millət Məclisində müzakirə edən millət vəkillər arasında da əlbəyaxa dava baş verib. CHP-li millət vəkili Özgür Özel Ərdoğanı "məhkəmələrə təliçat verməkdə" ittiham edib. AK Partiyadan olan millət vəkili Bülent Turan da Ərdoğanı müdafiə edərək, Türkiyədə bütün məhkəmələrin, o cümlədən Ana Yasa Məhkəməsinin qərarlarının "tənqid edilə bilən" olduğunu söyləyib. Bundan sonra başlayan söz dueli nəhayətdə yumruqlaşmaya keçib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
275

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
480

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
469
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 18:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru