Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2016
14:59
Novruz bayramında bölgələrə gedənlərə şad xəbər

Bakı Beynəlxalq Avtovağzalı Novruz bayramı ilə əlaqədar martın 15-dən etibarən bayramla əlaqədar rəsmi tətil günləri bitənədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.

O qeyd edib ki, əgər adi günlərdə Bakıdan bölgələrə və əks istiqamətdə 400-450 reys olursa, Novruz bayramı ilə əlaqədar onların sayı 2 dəfəyə yaxın artırılacaq. Belə ki, həmin günlərdə xətlərə 700 avtobus buraxılacaq, daha 200-250 avtobus isə ehtiyatda saxlanılacaq.

DANX rəsmisi əlavə ki, adətən bayram günlərində respublikanın əsasən şimal bölgələrinə daha çox sərnişin sıxlığı müşahidə edildiyi üçün, həmin istiqamətlərə avtobus reyslərinin sayı artırılacaq. Bundan əlavə, adi günlərdə Bakıdan Naxçıvan şəhərinə 4 avtobus hərəkət edirsə, bayram günləri onların da sayı artırılaraq 8-ə çatdırılacaq.

Ş.Mehmanqızının sözlərinə görə, son Yeni il bayramı ilə əlaqədar 2015-ci ilin dekabrın 30-da rekord sayda sərnişin daşınması qeydə alınıb. Belə ki, həmin gün 674 reyslə 18 mindən çox sərnişin daşınması həyata keçirilib. Dekabrın 31-dən 2016-cı il yanvarın 4-dək isə 1680 reyslə 43 min nəfərə yaxın sərnişin daşınıb: "Lakin Novruz bayramı ilə əlaqədar elan edilən rəsmi tətil günləri daha çox olduğu üçün bu dəfə sərnişinlərin də sayının Yeni il bayramındakından çox olacağı gözlənilir. Ona görə də bayram günləri əlavə problemlərlə üzləşməmələri üçün Bakıda bölgələrə və əks istiqamətdə səfərə çıxmağı planlaşdıran bütün sərnişinlərə biletləri bir neçə gün öncə, əvvəlcədən almağı tövsiyə edirik".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
795

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
1002
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 11:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru