Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2016
10:56
Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması - VİDEO

Dünən Təhsil naziri Mikayıl Cabbarov “Hesabat”ın qonağı olub. Nazir günlərdir müzakirə olunan test sisteminin ləğv olunması məsələsinə aydınlıq gətirib.

O bildirib ki, bu gün test imtahanının forması əmək bazarında tələb olunan biliyi ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil: “Test imtahanları zamanı şagirdlərin nitq, ritorika, yazı vərdişləri arxa planda qalır. Düzdür, test vasitəsilə imtahanların qısa olması üstünlükdür, ancaq digər tərəfdən çatışmazlıqları var. Faktiki olaraq məzunun gələcək taleyi 3 saatlıq bir imtahanda həll olunur və o imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri ilə çox maraqlı müzakirələrimiz gedir. İnanmıram ki, növbəti 2-3 ildə imtahanların forma və mahiyyətində hər hansı bir dəyişiklik olsun. Ancaq ondan sonra imtahanların formasında müəyyən dəyişikliklər ediləcək. Yeni tədris məzmunu ilə oxuyan şagirdlər 3 il sonra məktəbi bitirirlər və onların bilikləri testlə ölçülə bilməz”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
120

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
145

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
135

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
460

Azərbaycanda toylara icazə verildi

22

İyun
10:20
ÖLKƏ
818

Brent bahalaşıb

22

İyun
09:36
İQTİSADİYYAT
466

AMB-nin valyuta məzənnələri

22

İyun
09:12
İQTİSADİYYAT
420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 14:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru