Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2016
14:01
`Pensiya yaşı çatıb gününü keçirən məmurlarla xüdahafizləşməliyik`

"Pensiya yaşı çatıb gününü keçirən məmurlara "xüdahafiz" deməliyik. Pensiya yaşı çatıb lakin dəyişməz olan, baxmayaraq ki, kimsə əvəzolunmaz deyil, amma ehtiyac olan şəxsləri dəstəkləməliyik. Ola bilər ki, həmin şəxsi başqa adla, yəni müşavir və ya digər statusla vəzifədə saxlamaq olar".

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli dövlət orqanlarında çalışan dövlət qulluqçularının ixtisara düşməsi ilə bağlı sualı şərh edərkən deyib.

"Prezidentin dediyi kimi bu aralar bütün ixtisarları azaltmaq, hətta mümkün qədər ixtisara yer verməmək lazımdır. Sahibkar maya dəyərini aşağı salmaq üçün işçini azaldır və ya digər addımlar atır. Biz də sahibkarlara deyə bilərik ki, maya dəyərini aşağı salmazdan əvvəl ilk olaraq ixtisara salmamaq barədə düşünsün. Yəni, insanları ixtisar etmədən gəlirlərini azalt. Maya dəyəri çoxalsın, gəlirlər azalsın.

Hər zaman sahibkarların üzərinə düşülür. Prezident demişkən, gəlin məmurun əlindən vuraq. Sahibkarın başını kəsən məmurun əlini qıraq. Sahibkarın vəsaitini əlindən alan məmuru qınayaq. Mətbuatı bu istiqamətə yönəltməliyik. Mətbuat isə əksinə, daha çox sahibkarın üzərinə düşür. Kiminsə qohumunun sahibkar olması məsələsi araşdırılır. Hansısa sahibkar kiminsə qohumu olsa da, iş yeri yarada bilib. İş yerlərinin saxlanması üçün əlimizdən gələni etməliyik", - H.Rəcəbli vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Şərhlər
Эльман Джавадов tərəfindən 29-01-2016 05:46:19 tarixində yazıldı
pensiyaya
bas nazirden basliyin
Вахид Аббасов tərəfindən 29-01-2016 05:48:30 tarixində yazıldı
Pensiya yaşı çatıb gününü keçirən məmurlarla xüdahafizləşməliyik
Onda zəhmət olmasa buyurun yerlərinizi boşaldin..........
Эльнур Мусаев tərəfindən 29-01-2016 05:49:02 tarixində yazıldı
pensiya
Məsələn sən...
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru