Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2016
10:51
Pensiyalar və uşaq pulu artırılacaq

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiyaların artımı ilə bağlı məsələnin təfərrüatlarını açıqlayıb. 

DSMF sədri açıqlamasında bildirib ki, pensiyalar bir qədər də artacaq və uşağa qulluğa görə verilən müavinətlərin də artırılması istiqamətində işlər gedir: “Pensiyaların baza hissəsinin fevralın birindən artırılması ilə bağlı cənab prezidentin verdiyi sərəncamın icrasından irəli gələn vəzifələr Dövlət Sosial Müdafiə Fondu tərəfindən artıq yekunlaşmaq üzrədir. Fevral ayınını pensiyaları ödənilərkən vətəndaşlarımız bunu artımla birgə alacaqlar. 

Buna paralel olaraq, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq müvafiq təkliflər hazırlanmaqdadır. Yəqin ki, yaxın dövrdə qəbul ediləcək qərarların icrası da avtomatlaşdırılmış rejimdə tərəfimizdən yerinə yetiriləcək. Eyni zamanda buna paralel olaraq uşağa qulluğa görə verilən müavinətlərin də artırılması üçün müəyyən təkliflər hazırlayırıq. Bu da əhəmiyyətli bir artımı ifadə edəcək”.

Məqalədə : Pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru