Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2016
15:54
Maaş və pensiyalar nə vaxta qalxa bilər?

"2016-cı il çətin il olsa da, Azərbaycanda iqtisadi göstəricilərdəki dayanıqlıq qorunub saxlanılacaq".

Bunu prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışına münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Dövlət başçısının sədrliyi ilə hökumətin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında bir sıra vacib məqamlara toxunuldu və cari il ərzində əsasən hansı hədəflərə çatmaq tələb olunduğu açıq ifadə edildi: "Bunlardan ən çox diqqəti cəlb edənsə prezident İlham Əliyevin neftin dünya bazar qiymətlərinin enməsinin iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu və bunun da manatın devalvasiyasını şərtləndirdiyini, ümumiyyətlə, iqtisadiyyata təsirini bir daha qeyd etməsi, habelə, Azərbaycanda istehsal edilən malların əslində heç də bahalaşmamalı olduğunu, eləcə də 2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumətin müvafiq təkliflər hazırlaması üçün tapşırıq verməsi oldu".

İqtisadçının sözlərinə görə, düzdür, ötən il iqtisadiyyatda artım davam edib, ÜDM 1 %-dən çox, sənaye istehsalı 2,4 % çoxalıb, qeyri-neft sənayesi isə 8,4 % yüksəlib, il ərzində ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bütün bunlara rəğmən, makroiqtisadi dayanıqlıq kifayət qədər sarsılıb: "Belə ki, istehlak bazarına təzyiq artıb, manatın ucuzlaşması ilə əlaqədar qiymətlərin yüksəlməsi üçün real zəmin yaranıb, dövlət büdcəsindən xərcləri bacardıqca maksimal səviyyədə azaltmaq tələbi ortaya çıxıb.

Əlbəttə, xarici valyutanın bahalaşması ilə əlaqədar olaraq idxal məhsullarının qiymətləri artmalıdır, lakin bu, yerli istehsala aid mallarda özünü göstərməməlidir. Prezident də bunu qeyd etdi ki, istehlak qiymətlərinə ciddi nəzarət olunmalıdır və manatın ucuzlaşmasına görə bəzi işbazların əlavə qazanc əldə etmək istəklərinin reallaşmasına imkan verilməməlidir".

Ekspert dövlət başçısının maaş və pensiyaların qaldırılması ilə bağlı verdiyi tapşırığı təqdirəlayiq adlandırıb və onun icrası ilə bağlı bəzi problemlərin həllinin vacib olduğunu vurğulayıb:

"Dövlət başçısı cari ildə pensiya və əmək haqlarının artırılması üçün hökumətə təkliflər hazırlamağı tapşırdı. Lakin bizcə, yerli məhsulların qiymətlərinin süni artımının qarşısı alınmasa, maaş və pensiya məbləğlərinin yüksəldilməsi əlavə mənfi təsirlər yarada bilər. Odur ki, bunlar əlaqəli məsələlərdir və hər ikisinə paralel yanaşmaq lazımdır. Bu mənada prezident İlham Əliyevin inzibati vasitələrdən istifadənin vacib olduğunu bəyan etməsi təqdirəlayiq haldır.

Dövlət başçısı 2016-cı ildə struktur islahatların aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımlar atılacağını da dedi. Hesab edirəm ki, bu, dövlət büdcəsindən xərcləri bacardıqca maksimal səviyyədə azaltmaq tələbiylə əlaqədar həyata keçiriləcəkdir. Bu, özü də sosial istiqamətdə ödənişlərdə sanballı artımlara getmək üçün vacib şərtdir. İnzibati xərclərin ixtisarına getmədən sosial maliyyələşdirməni genişləndirmək fəlakətli nəticələrə gətirib çıxara bilər.

Fikrimcə, yaxın günlərdə əmək pensiyalarının sığorta hissəsinin keçənilki inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacağına dair prezident fərmanının imzalanacağının şahidi olacağıq. Ancaq bütövlükdə büdcə təşkilatlarında maaş artımları ilə pensiya məbləğlərinin, həmçinin, bəzi sosial müavinətlərin yüksəldilməsi, çox güman ki, bayaq qeyd etdiyimiz istiqamətlərdə kompleks tədbirlər həyata keçirilməsi ilə birgə baş tutacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
227

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
340

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
321

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
331

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
451

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
505

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
667
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 19:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru