Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2015
21:38
Maliyyə Nazirliyi: Pensiya və müavinətlər artırıla bilər

Manatın məzənnəsinin enməsi ilə bağlı olaraq, 2015-ci ilin dövlət büdcəsinin icrasında hər hansı problem gözlənilmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.

M.Piriyev deyib ki, 2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə büdcə xərclərinin (xarici valyutada ifadə edilmiş) hesablanması zamanı isə manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır.

Bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması etimal olunur.

Eyni zamanda bildiririk ki, manatın məzənnəsinin enməsinin ölkənin istehlak bazarlarındakı qiymətlərə mənfi fəsadları olacağı təqdirdə, gündəlik tələbat mallarının infilyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas qruplarına (o cümlədən, aztəminatlı ailələrə, təqaüdçülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qruplarına) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcəkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 17:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru