Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2015
11:05
Bahalaşma olacaq: maaşlar və pensiyalar artmalıdır

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,6850 (17 dekabr - 1,1394) manat olub.

Yəni sadə dillə desək, bu məzənnəyə əsasən, dollar və avro milli valyutamız olan manata nisbətən 50 faiz, ötən illə müqayisədə isə demək olar ki, 2 dəfə bahalaşıb. Bəs bu addım ölkə iqtisadiyyatına, bazara, biznesə, qiymətlərə, insanların sosial rifahına necə təsir göstərəcək?

Məsələ ilə bağlı vəziyyəti Milli.Az-a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, əslində, Mərkəzi Bankın "üzən valyuta" rejiminə keçəcəyi gözlənilən idi: "Mərkəzi Bank qeyd etmişdi ki, "üzən valyuta" rejiminə keçəcək və bu addımla keçidi sürətləndirməyə çalışıb. Yeni rejimə keçid isə o deməkdir ki, bundan sonra məzənnəni artıq Mərkəzi Bank deyil, bazar müəyyən edəcək. Ona görə də bazarın dəyişikliyə reaksiya verəcəyi gözlənilən idi və manatın məzənnəsinin azalmasına gətirib çıxaracaqdı. Vəziyyət həm də MB-nin tənzimlənən, yoxsa liberal "üzən valyuta" siyasətindən istifadə etməsindən də asılı olacaq. Ehtimalla liberal məzənnədən istifadə edilməyəcək. Çünki bu addım bizdə manatın məzənnəsinin daha çox aşağı düşməsinə gətirib çıxara bilər. Amma tənzimlənən olsa da belə, manatın məzənnəsinə ciddi təsir olmadan ötüşməyəcək və bu, artıq hiss edilir, manatın məzənnəsində kəskin azalma müşahidə olunur. MB "üzən valyuta" siyasətinə keçməklə çalışır ki, xarici valyuta ehtiyatlarını qoruyub saxlasın və bazarın rolunu artırsın".

İqtisadçı hesab edir ki, dövlət artıq əmanətlərin indeksasiyası, onların qorunması tədbirlərini gücləndirməli, buna müdaxilə etməlidir: "Əks halda psixoloji təzyiq manatın məzənnəsinin kəskin enməsinə gətirib çıxara bilər. Əgər MB manata olan tələbatı müəyyən qədər ödəməyə çalışarsa, məzənnənin əvvəlki kurs səviyyəsində deyil, müəyyən bazarın diktə etdiyi səviyyəyə gətirib çıxara bilər. Amma Azərbaycan bazarı və biznesi hələlik "üzən valyuta" rejiminə hazır deyil. Çünki uzun müddət stabil məzənnə siyasətinə öyrəşmiş biznes və banklar, eləcə də ev təsərrüfatı bu rejimdə daha çox psixoloji təzyiq hiss edəcək. Bu baxımdan məzənnədə kəskin azalmalar müşahidə ediləcək".

V.Bayramovun sözlərinə görə, bu addım ölkədə bahalaşmaya səbəb olacaq. Ona görə də vətəndaşların bundan əziyyət çəkməməsi üçün dövlət əmək haqları və pensiyalar məsələsinə yenidən baxmalıdır: "Qiymət artımı, əsasən, birbaşa ölkəyə gətirilən məhsullarda hiss olunacaq. Manatın məzənnəsinin dəyişməsi birmənalı olaraq ölkəyə idxal olan məhsulların qiymətinə təsir göstərəcək və artımlar olacaq. Çünki idxal olunan məhsullar dollarla hesablanır və manatın məzənnəsi də düşdüyü üçün manata çevrilən zaman qiymətlər artacaq. Bu halda süni qiymət artımları ilə mübarizənin gücləndirilməsinə ehtiyac var.

Bu anda sosial gərginliyin yaranmaması üçün əmək haqları və pensiyalar da manatın məzənnəsinə uyğun olaraq indeksasiya edilməlidir ki, vətəndaşlar qiymət artımlarından sığortalana bilsin. Bu, olduqca vacibdir. Əks halda məzənnənin dəyişməsi əmək haqlarının və pensiyaların ciddi şəkildə dəyərsizləşməsinə gətirib çıxara bilər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
509

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru