Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2015
15:48
Azərbaycanda 15 yaşı tamam olmayanlar da şəxsiyyət vəsiqəsi alacaq

Azərbaycanda 15 yaşı tamam olmayan vətəndaşlara 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək. “Report”un məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi haqqında” qanununa dəyişiklik ediləcək. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan dəyişiklik layihəsinə əsasən, 15 yaşı tamam olmayan Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq edilməsinə görə təklif olunub.

Müzakirələr zamanı məlumat verilib ki, 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.

5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlı olacaq.

Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda güclü külək əsəcək

27

İyul
13:25
ÖLKƏ
587

ARDNF-in aktivləri 44 milyard dolları keçib

27

İyul
12:55
İQTİSADİYYAT
520

Ötən gün 2218 nəfər toylara buraxılmayıb

27

İyul
11:25
HÜQUQ,HADİSƏ
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-07-2021 09:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru