Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2015
11:54
İşıq sönəndə “Azərişıq”a zəng vurmayın...

Yağış və güclü külək ötən gecə Bakının bir neçə qəsəbəsində əhalinin işıqsız qoyub.

Paytaxt sakinlərinin verdiyi məlumata görə, şəhərin Əhmədli, Yeni Yasamal, Hövsan, Binəqədi və Zığ qəsəbələrində işıq olmayıb. Hətta hava limanına gedən yol (“beton yol”) qaranlıqda qalıb.

Bəzi qəsəbələrdə işıqlar yarım saatlıq fasilələrlə dəfələrlə yanıb-sönüb.

Problemlə maraqlanmaq üçün sakinlər “Azərişıq” ASC-nin “Qaynar xətt”i və qəza xidməti ilə əlaqə saxlamağa çalışsalar da telefonlar işləməyib.

Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.

O, açıqlamasında bildirdi ki, Bakı şəhərində heç bir problem yoxdur, ətraf kənd və qəsəbələrdə baş verənlər isə güclü küləyin fəsadlarıdır: “Onların da əksəriyyətində artıq problem həll olunub, işıqlar yanır. Qəzaların əksəriyyəti bizim balansımızda olmayan və fərdi qaydada tikilən həyət evlərində olub. Özləri ev tikib, özləri də xətt çəkiblər. Dayanıqlı elektrik enerjisi istəyirlərsə, ev tikilmədən qabaq müraciət etməlidirlər. Evi özləri tikir, işığı özləri çəkir, problem olan kimi bizi günahlandırırlar”.

“Qaynar xətt”in niyə işləməməsinə gəlincə isə T.Mustafayev bildirdi ki, bunun səbəbləri zənglərin həddən artıq çoxluğu ilə bağlı olub.

Hər halda qəribə vəziyyət və suallar yaranır. İşıq sönəndə camaat bəs hara zəng vursun? Dərdini "Azərişıq"a necə çatdırsın? İşıq heç, bəs telefon əlaqəsini təmin etmək kimi sadə bir məsələnin həlli mümkün deyilmi?

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
120

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
385

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
356
Şərhlər
Elesger Hüseyinli tərəfindən 06-12-2015 12:34:31 tarixində yazıldı
işıq pulu
Evi özü tiken ve xeti özü çeken adamdan ne deye işıq pulu yığırlar ki.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 22:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru