Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2015
14:11
“Azərişıq” daha iki xidməti «ASAN Xidmət»ə verəcək

Dekabrda “Azərişıq” «ASAN Xidmət» vasitəsilə xidmət sayını genişləndirəcək.

Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara 4 xidmət göstərir, növbədə daha 2 xidmət var: smart kart tipli sayğaclarda kartın bərpası və yenisinin verilməsi,  qeyri-əhali üzləşmə aktların verilməsi. Hələlik “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara  borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,  məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması xidmətlərini göstərir.

“Azərişıq”la birgə fəaliyyətə 1,2,3,5  saylı Bakı “ASAN xidmət” mərkəzlərində başlanılıb. 2015-ci ilin avqust ayından etibarən Sumqayıt, Sabirabad, Bərdə  “ASAN xidmət” mərkəzlərində də xidmətə start verilib.

“Azərişıq” ASC bu il fevralın 10-da «Bakıelektrikşəbəkə» bazasında yaradılıb və bütün ölkə ərazisində xidmət göstərir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
140

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
400

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
381
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 00:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru