Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
11:30
Hərbçi ailələrinin pensiyası artırılacaq - DSMF

“Pensiya islahatları ilə vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən əlavənin cəmi məbləğinin minimum həddinin 80 faizə qaldırılması imkanları hazırda müzakirə olunur”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. O, qeyd edib ki, qüvvədə olan qanunvericilyə görə, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50 faiz olaraq müəyyən edilib.

Qeyd edilən islahat tədbirinin vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini söyləyən Fond sədri pensiya islahatlarının bütövlükdə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Fond sədrinin sözlərinə görə, yüksək sosial sığorta haqqı ödəyənlər pensiya təyinatında staj tələbindən azad olunacaq.

“Sosial sığorta haqlarının daha yüksək məbləğdə ödənişinin stimullaşdırlmasına istiqamətlənən müxtəlif islahat tədbirlərinin reallaşdırılması nəzərdə tutulur. Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır”.

E.Mehdiyev qeyd edib ki, “Mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilmişdir ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir. Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 17:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru