Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2015
09:50
Pensiya yaşının artırılması nəyə xidmət edir?
Oqtay Haqverdiyev: "Gəlirlər azaldıqca belə bir üsula əl atırlar"

Ölkədə gəlirlər azaldıqca hökumət ağlagəlməyən variantlara  əl atır. Bu mənada ölkə vətəndaşlarının pensiya yaşının artırılması barədəki qərarı da başqa cür yozmaq mümkün deyil.  Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev  insanların istehsalatda peşə fəaliyyətləri müddətləri ilə pensiyaya çıxma yaşları arasında müəyyən uyğunluğun olmasını mütləq  sayıb.

DSF sədri bu gün büdcə təşkilatlarında çalışma dövrünün 65 yaşa qədər olduğunu, amma pensiya yaşının bundan kifayət qədər aşağı olduğunu söyləyib (kişilər 63, qadınlar 60 yaşında). Fond sədri bunun da müəyyən uyğunsuzluqları ifadə etdiyini bildirib: “Ötən müddətdə, biz bu istiqamətdə, demoqrafiq göstəricilərin üzərində tənzimləmələr aparmaqla uğurlu fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyim istiqamətdə islahatların aparılması zəruridir”. E.Mehdiyev bu mənada yaxınlarda pensiya yaşının qaldırılacağını istisna etməyib.

FaktXəbər-in verdiyi məlumata görə, iqtisadçı-ekspert Oqtay Haqverdiyev məsələ ilə bağlı "Azadlıq"a münasibət bildirərək ölkənin gəlirlərinin azalması fonunda belə bir məsələnin ortaya atılmasını təbii sayıb. Ekspertə görə büdcəyə transfertlərin ildən-ilə azalması fonunda belə bir variant düşünülür. O.Haqverdiyev  sözügedən məsələnin sosial xarakterli olduğunu və hökumətin bu istiqamətdə ciddi şəkildə iş aparmasını vacib sayır:

“Həmin məsələni Rusiyada da qaldırıblar. Onlar düşünür ki, pensiya yaşını hər il yarım il artırsınlar. Bu barədə qərar verilməsə də baş tutacağı mümkündür. Rusiyada da bizdəki kimi, neftdən gələn gəlirlər aşağı düşür və büdcə yerinə yetirilmir. Bizdə də ilin birinci yarısı kəsirlə icra olunub, ilin sonuna qədər kəsir yəqin ki, 1 milyard 500 min olacaq. Baxanda adi görünsə də, obyektiv vəziyyət əslində çox ağırdır. Bəziləri çıxış edərək vəziyyətin çox yaxşı olduğunu deyir. Lakin auditoriyanı aldatmaq lazım deyil”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
243

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
361

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
338

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
347

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
462

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
532

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
694
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 20:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru