Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2012
15:40
CEYRANBATAN SU ANBARI DONUR
Ceyranbatan Su Anbarında donma müşahidə olunur

FaktXeber.com xəbər verir ki, kəskin hava şəraiti ilə əlaqədar Ceyranbatan Su Anbarındada donma müşahidə olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib. Onun sözlərinə görə, Ceyranbatan su Anbarında 100-150 metrə qədər məsafədə donma qeydə alınıb.

Hazırda Xəzər dənizinin Sumqayıt sahillərində sahilin konfiqurasıyana uyğun olaraq dənizə doğru 50 metrdən 200 metrə qədər buz bağlama müşahidə olunur. Buz qatının qalınlığı sahildən dənizə dənizdən sahilə doğru azalır. Şimala doğru isə, Xaçmaz-Nabran tərəfdə isə buz bağlama sahildən 10-100 metr məsafədədir: “Bəzi yerlərdə sahildə 2,5 metr hündürlüyündə buz dağı kimi əmələ gəlib. Bunlar Şimali Xəzərdə bağlayan buzlardır, onlar cənuba doğru axırlar, axdıqca da sahələri kiçilir. Onlar sahildə buz yığını əmələ gətirirlər. Yəni həmin ərazilərdə yerli buz bağlama hadisəsi yoxdur və ya azdır. Bu, şimaldan axan buzlardır”.

G. Süleymanov bildirib ki, Kür çayının Xəzər dənizinə tökülən mənsəb hissəsində də donma müşahidə olunur. Donma dağ çaylarında da qeydə alınıb. Qeyd edək ki, Ceyranbatan Su Anbarı Bakı şəhərini su ilə təchiz edən əsas qaynaqdır. apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru