Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2015
12:35
Pensiyaçıların nəzərinə! Pensiyaları bu bankomatlardan alacaqsınız

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən təyin olunan sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti bu vaxta qədər "Kapital Bank" və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. ƏƏSMN-nin son aylarda keçirdiyi müvafiq tenderin nəticələrinə uyğun olaraq, bu ilin iyul ayının əvvəlindən etibarən respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gələn "Kapital Bank"a həvalə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, indiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar bundan sonra həmin vəsaitləri "Kapital Bank"a məxsus bankomatlardan qəbul edəcəklər. Bununla əlaqədar olaraq, rayon (şəhər) ƏSMM-ləri tərəfindən "Kapital Bank"ın rayon (şəhər) filiallarına qeyd olunan vətəndaşlar üçün plastik ödəniş kartlarının hazırlanması və onlara təqdim olunması barədə sifarişlər verilib.

“Bu ilin iyul ayı üzrə sosial müavinət və təqaüdlərin ödənilməsi başlanan vaxta qədər, yəni iyulun 20-dək artıq plastik ödəniş kartları tam hazır olub. Hazırda müvafiq şəxslər şəxsiyyət vəsiqələrini "Kapital Bank"ın aidiyyəti rayon (şəhər) filiallarına təqdim edərək plastik ödəniş kartlarını əldə edirlər. Burada hər-hansı problem mövcud deyil”, - deyə E. Babayev bildirib.

E. Babayev vurğulayıb ki, sosial müavinət və təqaüdlərini bu vaxta qədər Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan və hazırda bu banka məxsus plastik ödəniş kartlarında hələ götürmədikləri müəyyən məbləğ qalan vətəndaşlar yaşadıqları rayon və ya şəhər üzrə bankın filiallarına müraciət etməklə qalan vəsaitlərini nağd formada ala bilərlər. Vətəndaşlar plastik kartlarının dəyişdirilməsi və ya onlara məxsus qalıq vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankından alınması prosesində hər-hansı çətinliklə üzləşdikləri təqdirdə qeydiyyatda olduqları rayon və ya şəhərin ƏSMM-lərinə müraciət edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
155

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
241

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
445

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
386

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
344

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 12:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru