Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2015
16:51
Nəqliyyat müfəttişlərinin analoqsuz `cərimə` mexanizmi - FOTO

Nəqliyyat Nazirliyinin müfəttişləri 19 BH 351 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin sahibi Ağayev İlahəddin Oruc oğlunu 100 manat məbləğində "cərimələyiblər". Belə ki, o, yük daşımasa da, ondan nəqliyyatda yük daşımağa icazə verən "Fərqlənmə nişanı" tələb olunub. 

Bu barədə "Bizim Yol"a sürücünün özü məlumat verib:

"Nəqliyyat müfəttişləri Qaradağ rayonunun ərazisində yük maşınımı saxlayaraq sənədlərimi istədilər. Məndən sənədlərimi istədilər, mən də təqdim etdim. Məndən yük daşınmasına icazə verən "Fərqlənmə nişanı" istənildi. Mən yük daşımadığım üçün bu nişana ehtiyacımın olmadığını bildirdim. "Ford"u təzə almışam və maşın da boşdur. Onlar isə mənə "yük daşımasan da, bu avtomobil yük maşınıdır, biz sizi cərimələyirik" dedilər. Mən buna etiraz elədim. Maşında yük olmadığını onlar da gördülər. Mən bilirəm ki, avtomobil nəqliyyatı ilə yük daşınması xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir və həmin fəaliyyətlə məşğul olmaq üçün lisenziyanı Nəqliyyat Nazirliyi verir. Amma mən yük daşımırdım. Yük daşımaq istəyəndə lisenziya alacam. Bu sözləri müfəttişlərə də dedim. Ancaq onlar qanun-qayda ilə razılaşmadılar, kobud davrandılar və məndən 100 manat tələb etdilər. Əks halda sənədlərimi verməyəcəklərini bildirdilər".

"Fərqlənmə nişanı"nın rüsumu 46 manat 80 qəpik olmasına baxmayaraq, sürücüdən 100 manat tələb ediblər. Özü də cəriməni banka deyil, onlara nağd şəkildə verilməsini israrla istəyiblər.

Müsadirə olunan sənədlərini geri almaq üçün İ.Ağayev 100 manat "cərimə"ni yerində "ödəyib". Və ödənişə görə ona 3 mədaxil qəbzi təqdim olunub. Hər bir qəbzin üzərinə "20 aprel - 20 may 2015-ci il", "20 may - 20 iyun 2015-ci il" və "20 iyun - 20 iyul 2015-ci il" tarixləri yazılıb. Sanki sürücü müxtəlif vaxtlarda cərimə olunub və ona buna görə mədaxil qəbzi təqdim olunub. Şikayətçi İ.Ağayev müfəttişləri və onların idarə etdiyi avtomobili videogörüntüyə çəkməyə cəhd edərkən nazirliyin əməkdaşları onu daha böyük miqdarda cərimə ilə hədələyiblər. İ.Ağayevin sözlərinə görə, müfəttişlər Nəqliyyat Nazirliyinə məxsus 99 AK 549 dövlət nömrə nişanlı avtomobili idarə ediblər.

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, nəqliyyat müfəttişləri vətəndaşı aldadıblar və ondan alınan 100 manat qeyri-qanunidir: "İlahəddin Ağayevə təqdim olunan mədaxil qəbzləri nəqliyyatda sərnişin və yük daşınma xidmətinə görə verilir. Yəni sürücüyə təqdim olunan mədaxil qəbzləri "Fərqlənmə nişanı"nın olmadığı üçün cərimənin ödənilməsinə görə verilən qəbz deyil. O qəbzlərin Ağayevə nəyə görə verilməsi aydın deyil. Maşında yük olmayıbsa, sürücü cərimələnə bilməzdi. Hətta öz əşyalarını daşısa bilə, cərimələnə bilməz. Əgər maşında kommersiya məqsədi ilə yük olmayıbsa, "Fərqlənmə nişanı"nın olmasına ehtiyac yoxdur. Əgər varsa, "Fərqlənmə nişanı"nın olmadığına görə, protokol yazılmalıdır və qərar çıxarılmalıdır. Və cərimə də banka ödənilməlidir. Ağayevə təqdim olunan mədaxil qəbzi isə nəqliyyatda daşınma xidmətinə, məsələn, taksi ilə sərnişin daşmağa görə verilir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
60

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
170

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
246

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
450

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
392

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
349
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 12:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru