Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2015
09:44
Bankomatlar pensiyaçılarımızdan pul tutmayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bir bankın plastik kartlarını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etməyə imkan verəcək interfeys hazırlamağı planlaşdırır. Bunu Trend-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Söhbət Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank"ın buraxdığı pensiya kartlarından gedir.

Onun sözlərinə görə, hazırda AMB milli ödəniş sisteminin təkmilləşdirilməsi üzrə böyük texniki layihə reallaşdırır. Bu layihə çərçivəsində DSMF və Mərkəzi Bank istənilən bankın bankomatlarından faizsiz istifadə etmək məqsədilə interfeysin yaardılması layihəsi üzrə razılıq əldə ediblər.

E.Mehdiyev vurğulayıb ki, pensiya sistemində bir çox islahatlar banklar arasında bu interfeysin yaradılmasından asılıdır: "Hazırda belə sistemimiz yoxdur. DSMF sistemin yaradılmasından sonra ona qoşula bilər".

Qeyd edək ki, ABB və "Kapital Bank"ın bank xidmətlərinə görə komissiyanı DSMF ödəyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru