Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2015
11:03
Yolkəsənlik edən nəqliyyat müfəttişlərindən yeni VİDEO

Bir neçə gün əvvəl nəqliyyat müfəttişlərinin «QAZ-24» markalı avtomobili təhlükəli şəkildə təqib etməsini, yolda başqaları üçün qəza şəraiti yaratmasını və nəhayət, az qala «24»ü «Kamaz»ın altına salmalarını əks etdirən video yayılmışdı. Oxucular tərəfindən avtosfer.az-a göndərilən növbəti videoda nəqliyyat müfəttişlərinin bu dəfə ağır yük maşınını təqib etmələri əksini tapıb. Videodan görünür ki, nəqliyyat müfəttişlərinin idarə etdiyi iki minik maşını «Kamaz» markalı yük avtomobilini əhatəyə alaraq təqib edir. Onlardan biri yük maşının qarşısını kəsməyə çalışır. Lakin yük maşını hərəkəti davam etdirir. Təqib zamanı nəqliyyat müfəttişləri yolda hərəkətə manne olur və digərlərinə qəza şəraiti yaradırlar.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyə görə, nəqliyyat vasitələrini yalnız polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri hallarda və konkret fakt əsasında təqib edə bilər. Nəqliyyat müfəttişlərinə, ümumiyyətlə, belə bir səlahiyyət verilməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 17:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru