Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2015
12:29
Nəqliyyat müfəttişləri sürücünü ölümlə belə üz-üzə qoydu - VİDEO

Nəqliyyat Departamentinin işçilərinin taksi və yük maşınlarının sürücülərinə qarşı bu günə qədər qeyri-qanuni əməllərinin və fiziki təzyiqlərinin dəfələrlə şahidi olmuşuq.

İnterAz xəbər verir ki, departament işçilərinin özbaşınalığından və qeyri-qanuni əməllərini əks etdirən növbəti görünütülər yayımlanıb. Sözügedən görüntü avtomobillərdən birinə quraşdırılan video registr tərəfindən Masazırdan Novxanı kəndinə gedən yolda lentə alınıb. Video kadrlardan açıq aşkar görünür ki, departament işçiləri yük daşıyan avtomobilin dalınca düşərək kobud yol qaydaları pozuntuları ilə onu dayandırmaq istəyirlər. Lakin sonda yük maşının sürücüsü departamentin işçilərinin ondan əl çəkmədiyini görüb, dərhal yolunu dəyişərək arxasınca gələn maşınları azdırır. Sürücü avtomobillə manevr edərkən, qarşıdan gələn Kamaz markalı avtomobillə toqquşmadan son anda qurtula bilir.

Qeyd edək ki, Nəqliyyat Departamentinin bu cür öz başınalıqları və qanundan kənar hərəkətləri neçənci dəfədir baş verir. Bu günə qədər bu tip problemlər dəfələrlə ictimailəşdirilsə də Nəqliyyat Nazirliyi bir neçə müfəttişi cəzalandırmaqla kifayətlənib. Lakin sürücüləri boğaza yığan departament işçiləri ilə bağlı köklü şəkildə tədbirlərin həyata keçirildiyi gözə dəymir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
120

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
241

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
445

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
381

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
344

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
352

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
388
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 12:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru