Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2015
11:18
“Azərişıq”ın əməkdaşını elektrik cərəyanı vurub

“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın yerli bürosuna verilən məlumata görə, Balakən rayonunun Katex kənd sakini, 1955-ci il təvəllüdlü Şahruddin Mollaəli oğlu Atayev elektrik cərəyanının vurması xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsindən sonra Ş. Atayevə sifətin və sol budun elektroşok travması diaqnozu qoyulub. Xəstəxananın travmatologiya şöbəsində müalicə alan Ş. Atayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Ş. Atayev yaşadığı evdə elektrik naqillərini təmir edən zaman onu elektrik cərəyanı vurub. O, “Azərişıq” ASC  Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor işləyir. Faktla bağlı araşdırma aparılır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
135

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru